Rusiyada arvadını öldürən şəmkirli yaxalandı
05.03.2020 12:03Rusiya Federasiyasının Sankt-Perterburq şəhərində azərbaycanlı qadın qətlə yetirilib.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, Bahar Pirqələmova həyat yoldaşı Ramiz Əsgərov tərəfindən qətlə yetirilib.
Ramiz Əsgərov cinayəti törədəndən sonra Azərbaycana gəlib və Şəmkir rayonunda yaşamağa başlayıb.
Bahar Priqələmova Azərbaycan vətəndaşı olduğu üçün Rusiya hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri Azərbaycanın Baş Prokurorluğuna müraciət edib.
Müraciət əsasında Ramiz Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Şəmkir rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Ramiz Əsgərov tutulub.

