Rusların yeni icadı – iki əlilə atəş açan FEDOR
05.03.2020 12:04Rusiya prezidentinin köməkçisi Dmitriy Roqozin ölkədə istehsal olunan və 2021-ci ildə kosmosa göndərilməsi planlaşdırılan “FEDOR ” adlı robotun artıq iki əli ilə atəş aça bildiyini açıqlayıb.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, “Twitter”dən açıqlama verən Roqozin Robot “FEDOR”un iki əlindən də istifadə edərək atəş açma qabiliyyətini göstərib.
“FEDOR”un atəş açarkən hədəfə alıb qərar vermək bacarığının olduğunu bildirən Roqozin “Biz terminator deyil, bir neçə sahədə işləyən süni zəka istehsal edirik” deyib.
“FEDOR”un kosmik araşdırmalarda astronomlara kömək və kosmik stansiyada xidmət edəcəyi gözlənilir. O, həmçinin açar istifadə edərək qapı aça bilir, mişardan və avtomobildən istifadə edir.

