Sabiq nazir: “Yeni bankın yaradılması ölkədə bank sektorunu formalaşdıracaq”
05.03.2020 12:06“Ölkəmizdə normal bank sektorunun formalaşmasında xarici bankların iştirakı çox yaxşı bir addım olacaq”
Об этом сообщает Футляр от виолончели
Bunu A24.Az-a açıqlamasında Azərbaycanın sabiq Maliyyə naziri, iqtisad elmləri doktoru Fikrət Yusifov Azərbaycanda 100 faizli iran kapitalı ilə yeni bank yaradılmasını şərh edərkən deyib.
İqtisadçı bildirib ki, Azərbaycanla İran arasında iqtisadi əlaqələr son illər getdikcə genişlənir:
“İqtisadi əlaqələrin belə inkişaf etdiyi bir dövrdə maliyyə müstəvisində də əlaqələrin inkişafı təbiidir. Bu mənada Azərbaycanda İran banklarının filiallarının açılması və eyni qaydada Azərbaycan banklarının filiallarının İranda açılmasına dair İran Mərkəzi Bankının rəhbərinin irəli sürdüyü təşəbbüs başa düşüləndir. Ölkə ərazisində xarici bankların yaradılması bank sektorunda sağlam rəqabətin formalaşmasında müsbət rol oynaya bilər. Azərbaycan bank sektorunda aparılan islahatların qarşısında ölkədə bank sektorunu sağlamlaşdırmaq və ölkə iqtisadiyyatının inkişafında onun rolunu artırmaqdan ibarətdir. Bu səbəbdən ölkəmizdə normal bank sektorunun formalaşmasında xarici bankların iştirakı çox yaxşı bir addım olardı. Söhbət tək İran banklarından getmir. Dünyanın qabaqcıl bankları ilə bu sahədə əməkdaşlıq Azərbaycan bank sektorunun ölkədə aparılan iqtisadi islahatlara uyğun yenidən qurulmasında yalnız fayda gətirə bilər”, – deyə F.Yusifov əlavə edib.
Qeyd edək ki, İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda 100 faizli İran kapitalı ilə bankın yaradılması planlaşdırılır:
“Bankın 1993-cü ildən bəri Azərbaycandə fəaliyyət göstərən “Bank Melli İran” bankının filialının Azərbaycan bankına çevrilməsi yolu ilə nəzərdə tutulur. Bankın kapitalı tamamilə İran kapitalı hesabına yaradılacaq. Səhmdar qismində “Bank Melli İran” iştirak edəcək”.
Orxan Aslanlı

