Sabiq nazirdən pensiya yaşı ilə bağlı insanları qıcıqlandıracaq açıqlama: ” Pensiya yaşının çox olması…”
05.03.2020 12:06“Heç vaxt kimdənsə pensiya yaşının çox olmasından narazılıq etdiyini eşitməmişəm”.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bunu sabiq maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov “Pensiya yaşının qaldırılması kimə daha çox lazımdı?” sualını şərh edərkən deyib.
İqtisadçının sözlərinə görə, cəmiyyətdə pensiya yaşının 65-ə çatdırılmasına münasibət birmənalı deyil:
“Kimlərsə pensiya yaşının artırılmasının əleyhinə kəskin çıxış edərək, bunu vəsaitlərə qənaət etmək məqsədilə hökumətin atdığı addım kimi dəyərləndirirlər. Əslində bu gün bütün dünyada qeydə alınan ənənə ondan ibarətdir ki, əksər ölkələrdə bu yaş artırılır və ya onun müəyyən bir dövrdə tədricən artırılması nəzərdə tutulur. Bu ənənənin həqiqətən belə olduğunu görmək üçün müxtəlif ölkələrdə pensiya yaşının vəziyyəti ilə yaxından tanış olmaq lazımdır. İnformasiya əsrində həmin məlumatları hər kəsin əldə etməsi mümkündür”.
Sabiq nazir qeyd edib ki, bu gün əksər ölkələrdə pensiyaya çıxmaq üçün 65 yaş müddəti müəyyən olunub.
“Düzdür, bəzi ölkələrdə bu yaş bir qədər aşağıdır, ancaq həmin ölkələrin də əksəriyyəti onu artırmağı nəzərdə tutur. Azərbaycana gəlidikdə, bu məsələ ilə bağlı şəxsən müşahidə etdiyim məqamlara söykənərək bəzi fikirlərimi söyləmək istəyirəm. Heç vaxt kimdənsə pensiya yaşının çox olması barədə narazılıq etdiyini eşitmədim. İllərlədir mənə bu məsələ ilə bağlı müraciət edən müəllimlər, həkimlər, dövlət qulluqçuları və başqa kateqoriyadan olan işçilər onlara pensiya yaşı çatdığı zaman işlədikləri müəssisələrdə bir neçə il də qalıb çalışmaları üçün kömək göstərməyimi xahiş ediblər”.
Fikrət Yusifov pensiya yaşının artırılmasının əleyhinə çıxış edənlərə tövsiyyə də verib:
“Bu gün pensiya yaşına çatmış həkim, müəllim, dövlət qulluqçuları arasında bir sorğu keçirib, onlara belə bir sual versinlər – “Siz 63 yaşında pensiyaya çıxmaq istəyirsinizmi?”. İnandırıram ki, 100 haldan 98-də insanlar işdə qalıb çalışmaq istəyəcəklərini deyəcəklər. Belə olan halda pensiya yaşının 65-ə qaldırılması nə üçün bu qədər qıcıq yaratmalıdır?”
Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb. Təklif edilən qanun layihəsində göstərilib ki, kişilər üçün pensiya yaşının həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq. Müzakirə edilən qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Orxan Aslanlı

