Sabiq prezident cəbhədə baş verənlərdən danışdı: “Böyük davaya baş qoşmaq düzgün olmaz”
05.03.2020 12:06Cəbhədə gərgin döyüşlər gedir, itkilərimiz var.
Об этом сообщает Футляр от виолончели
Müdafiə Nazirliyindən A24.Az-a verilən məlumata görə, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər:
“Qoşunlarımız tərəfindən qarşı tərəfin daim izlənməsi, qurulan pusqular və döyüş mühafizəsinin təşkili nəticəsində düşmənin hərəkəti əvvəlcədən aşkar edilərək onun müdafiəmizin dərinliyinə irəliləməsinin qarşısı qətiyyətlə alınıb. Cəbhənin Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərən düşmənlə qoşunlarımız arasında daha ağır döyüş toqquşması baş verib. Bu istiqamətdə pusquda duran bölmələrimiz düşmən hücumunun qarşısını cəsarətlə alaraq onu geri çəkilməyə məcbur edib. Döyüş toqquşması nəticəsində itkilərimiz var.Hazırda irəliləməyə nail olmayan düşmən tərəfi mövqelərimizi ağır artilleriyadan atəşə tutmaqda davam edir.Əməliyyat şəraitinə uyğun olaraq düşmənin atəş mövqelərinə və cəmləşmə nöqtələrinə qarşı müvafiq cavab tədbirləri həyata keçirilir”.
Cəbhədə gedən döyüşlərə eləcə də, Milli Məclis deputatlarının müharibə çağırışına münasibət bildirən Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov A24.Az-a açıqlamasında geniş miqyaslı müharibəyə başlamağın düzgün olmadığını bildirib:
“Cəbhədə gərginlik var, buna söz yoxdu. Müharibənin güc yolu ilə həllinə gələndə də illər boyu müxtəlif rəylər səsləndirilib. Ancaq konkret olaraq tədbirlər görülməyib. Bu, çox yüngül və ya iqtisadi məsələ deyil. Burda xarici dövlətlər rolu oynamalıdır. Başqa amillər var, onlara diqqət yetirilməlidir. Belə düşünürəm ki, bu, ermənilər tərəfindən edilən siyasi şantajdır. Ancaq böyük davaya baş qoşmaq düzgün olmaz. Kim nə deyir desin, bu, çox mürəkkəb və problemli məsələdir”.
Cəbhədə gedən döyüşlərdə qarşı tərəfə sarsıdıcı şəkildə cavab həmləsi ediləcəkmi? sualına sabiq prezidentin cavabı belə oldu:
“Bu haqda heç nə deyə bilmərəm. Ancaq ümumiyyətlə bir sual vermək lazımdır: “Gərginlik kimə lazımdır?” Bu suala cavab tapsaq, deyə bilərik ki, biz nə etməliyik. Cəbhədə baş verən hadisələri beynəlxalq ictimaiyyətə xəbərdarlıq formasında çatdırmalıyıq”, – deyə A.Mütəllibov əlavə edib.
Orxan Aslanlı,A24.Az

