Sabirabadda ağır yol qəzası: 3 nəfər ölüb, 2 nəfər yaralanıb
05.03.2020 12:06Sabirabad rayonunda ağır yol qəzası baş verib.
Об этом сообщает Футляр от виолончели
Saytımızın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Xəlifəli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı “50 DF 624” dövlət nömrə nişanlı minik avtomobili ilə “KamAZ” markalı “30 BF 414” dövlət nömrə nişanlı yük maşınının toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Yaralılar Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Ölən və yaralıların şəxsiyyətləri, həmçinin qəzanın təfərrüatları müəyyənləşdirilir.

