Şagird buz parçasının üstünə atladı və…
05.03.2020 12:07Kamçatkada FHN əməkdaşları Volyuçinsk şəhərində buz parçası üzərində okeanın içərisinə tərəf hərəkət edən məktəblini xilas ediblər.
Об этом сообщает Футляр от виолончели
A24.Az “RİA” xəbər agentliyinə istinadən xəbər verir ki, məktəblilər sahildə gəzintiyə çıxan zaman onlardan biri, 4-cü sinif şagirdi sahildə buz parçasının üstünə tullanıb. Həmin buz parçası şagirdi də özü ilə bərabər okeanın içərisinə doğru aparıb.
Ətrafda olan kiçik gəmilər 15 dəqiqə sonra hadisə yerinə gəliblər və sahildən 150 metr aralıda şagirdi qayıqla sağ-salamat xilas ediblər.

