Şagirdlər donur – Orta məktəblərə nə zaman istilik veriləcək?
05.03.2020 12:07Təhsil eksperti Elşən Qafarov havaların soyuması ilə əlaqədar məktəblərə nə zaman istiliyin verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Об этом сообщает Руспрес
Qış mövsü 1 oktyabrdan başlansa….
Bildiyiniz kimi Nazirlər kabinetinin müvafiq qərrarına əsasən, Azərbaycanda qış mövsümü hər il oktyabrın 15-də başlayır, aprelin 15-də bitir. Bu qərara əsasəndə, bütün müəssisələrdə o cümlədən də, təhsil müəssisələrində istilik sistemilə bağlı olan bütün məsələlər oktyabrın 15-dən işə salınır.
Təhsil müəssisələrində vahid ştat cədvəli haqqında qaydalara əsasən, fərdi qazanxanası olan məktəblərdə, oktyabrın 15-dən aprelin 15-nə qədər üç ştat ocaqçı vəzifəsi olur. Aprelin 16-dən başlayaraq noyabrın 14-nə qədər olan müddətdə isə həmin qazanxana invertarlarını qorunması üçün isə 05 ştat ocaqçı vəzifəsi saxlanılır.
Hər il Azərbaycanın yerləşdiyi iqlim vəziyyəti ona uyğundur ki, artıq burda sentyabrın 10-nu oktyabrın ilk günlərindən başlayaraq, havaların kəskin soyuması müşahidə olunur.
Bu da ümumitəhsil məktəblərində havanın soyuması ilə əlaqədar olaraq, təhsil alanların davamiyyətinin kəskin şəkildə aşağı düşməsi, bir sıra yoluxdurucu xəstəliklərin yaranması üçün şərait yaradır.
Nəzərə alsaq ki, Azərbaycanda hal hazırda bir milyon yarımdan çox təhsil alan var və təqribən 150 000-dən artıq müəllim cə texniki heyət var , ümumillikdə bir milyon yarımdan çox insanın bu iqlim şəraitinə uyğun olaraq, təhsil almasına və təhsil prossesini düzgün təşkil olunması üçün qış vaxtını ümumitəhsil məktəblərində oktyabrın 1-nə keçirilməsi artıq arzu olunandır.
Hal hazırda, məktəblərimizin əksəriyyətində istilik sisteminin bərbad vəziyyətdə olması hətta bir çox məktəblərin il boyu istiliklə bağlı problemləri nəzərə alsaq heç olmasa fərdi qazanxanası olan məktəblərin istilik sisteminin oktyabrin 1-dən işə salınması yaranmış problemin həllində müsbət addım olardı.
Qış mövsümunun1 oktyabrdan başlanması məktəblərimizdə yoluxucu xəstəliklərin, davamıyyətin aşağı düşməsinin qarşısını alar, ən əsası isə tədris prosesinin təşkilində yaranmış maneələri aradan qaldırar.

