Sahibinin arxasınca gələn çamadan – VİDEO
05.03.2020 12:07Kaliforniyada yerləşən “Travelmate Robotics Indiegogo” şirkəti yeni kəşfə imza atıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, şirkət əməkdaşları tez-tez səyahət edən şəxslərin işlərini yüngülləşdirəcək bir işə imza atıblar. Belə ki, yaradılan robot çamadan sahibinin mobil telefonundakı lokasiyanı izləyən GPS texnologiyası ilə işləyir.
Şirkətin CEO-su bildirib ki, layihə özünü doğruldub, yetərincə satış olsa, o zaman bu çamadanları küçədə də görə bilərik. Önünə çıxa biləcək basabas və əngəllərə hazır olan robot çamadanlar sayəsində insanlar sadəcə əllərində qəhvə daşımaq “çətinliyinə” qatlaşacaqlar.
Şirkət rəhbərliyi bildirib ki, Teslanın pilot layihəsindən ilhamlanıblar və bunu bir addım irəliyə daşıyıblar. Saatda 10 kilometr sürətə malik çamadan sahibini 1-1.5 metr yaxınlıqdan izləyir.
Məhsul bu ilin sonundan bazara çıxarılacaq.

