Sakinlər saatlarla dayanacaqda qalır – Xarici ölkələrdə yarışlar keçiriləndə necə olur?
05.03.2020 12:07Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 18 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.
Об этом сообщает Футляр от виолончели
5,6, 88 və 125 nömrəli marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası artıq dəyişdirilib.
A24.Az xəbər verir ki, yollarda hərəkətin dəyişdirilməsi ilə əlaqədar şəhər sakinləri ciddi problemlərlə üzləşib. Səbail rayonunun 20-ci sahə, Bayıl qəsəbəsinin sakinləri saatlarla dayanacaqlarda qalmalı olurlar. Bayıl qəsəbəsinin sakinləri qeyd edirlər ki, 20-ci sahədən şəhərin mərkəzinə təkcə 88 nömrəli marşrut işləyir. “Avtobusların sayının az olması ilə əlaqədar Bayıl qəsəbəsinin sakinləri avtobusa minə bilmir. Belə ki, 20-ci sahədən gələn marşrutlar Bayıla çatanda dolmuş olur. Sakinlər saatlarla dayanacaqda qalır və ya İçərişəhər metrosunadək piyada getməli olurlar. Bayıl qəsəbəsindən Badamdart yolu ilə 53 nömrəli marşrut işləyir. Eyni vəziyyət həmin marşrut xəttində də yaranır. Sakinlər yolda qalmalı olurlar.
Halbuki, “Baku Bus”-a məxsus 5 və ya 6 nömrəli marşrutlardan müəyyən hissəsi Azneft dairəsinədək işləyə bilər, amma işləmir”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq və yaranmış problemlə bağlı məlumat verdik. Agentliyin mətbuat xidmətinin rəhbəri Mayıs Ağayev A24.Az-a açıqlama verərək bildirdi ki, müvvəqqəti olaraq marşrutların hərəkət istiqaməti dəyişdirilib. Bayıl qəsəbəsində əhalinin ciddi problemlə üzləşməsini araşdırmaq üçün əməkdaşlarımızı həmin əraziyə göndərəcəyik. Çalışacayıq ki, müəyyən marşrutların sayını artıraq. Sakinlərin narahat olmağını istəmərik”.
Xarici təcrübə necədir?
Nəqliyyat sahəsi üzrə mütəxəssis, hüquqşünas Ərşad Hüseynov A24.Az-a bildirdi ki, Formula ilə əlaqədar yollarda müəyyən çətinliyin yaşanması müvvəqqətidir, anlayışla qarşılamaq lazımdır. “Müvəqqəti olsa da, insanların rahatlığını minimum dərəcədə pozmamaq lazımdır. Maksimum dərəcədə çalışmaq lazımdır ki, bu dəyişiklik heç kəsin gündəlik həyat ritminə, yaşayış tərzinə pis təsir göstərməsin. Təşkilatçılar problemləri bilməlidir. Dövlət Yol Polisi əməkdaşları, Bakı Nəqliyyat Agentliyi, Bakı Şəhər İcra hakimiyyəti nümayəndələri həmin ərazilərdədir. Əhalinin gediş-gəlişində olan problemləri nəzərə almalıdırlar”.
Xarici təcrübəyə gəldikdə isə ekspert qeyd edir ki, Formula kimi oyunlar şəhərlərdə keçirilmir, şəhərətrafı ərazilərdə, xüsusi ayrılmış yollarda təşkil edilir. “Xaricdə maşın yarışlarını şəhərdə keçirən yeganə ölkə Monakodur. O da milyonçular şəhəridir. Bakı kimi deyil”.
Vüsalə Əlövsətqızı

