Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Saytlarda narkotik satan şəbəkə aşkarlandı – Saxlanılanlar var – VİDEO

05.03.2020 12:09

Külli miqdarda narkotik maddə satmaq istəyən şəxslər tutulub.

Об этом сообщает Роспрес

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Lənkəran şəhər sakinləri – Məhəmməd Əlizadə, Tural Əlizadə və Rafiq Yusubzadə şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılan zaman onların üzərindən ümumilikdə 2 büküm “Spays”, 2 büküm psixotrop maddə olan “Metamfetamin” və 4 ədəd 300 milliqramlıq güclü təsiredici qüvvəyə malik “Lyrica” kapsulaları aşkar olunaraq götürülüb.

Daha sonra isə əməliyyatçılar həmin şəxslərin yaşadıqları mənzillərə baxış keçiriblər. Evə baxış zamanı oradan əlavə olaraq 3584 ədəd “Lyrica” kapsulları, 14 bükümdə olan yüksək təsiredici narkotik vasitə olan kokain, 160 ədəd psixotrop maddə olan ekstazi həbləri aşkar olunub.

Araşdırma zamanı müyyən edilib ki, narkotik vasitələrin satışını xaricdə yaşayan “Baba” adlı şəxs həyata keçirir. O, müxtəlif saytlar vasitəsilə özünə şəbəkə quraraq narkotik vasitələrin satışını təşkil edib. Əldə edilən gəlir isə həmin şəxsin bank hesabına köçürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.