Səbail rayonunun su problemi niyə həll edilmir? – Su idarəsi cavab verdi
05.03.2020 12:09Səbail rayonu ərazisində su problemli məsələ olaraq qalır. Ömər Faiq Nemanzadə, Elçin Əzizov, Yüzbəy Mürsəlov, Yaşar Bədəlbəyli küçələrində su bir gündən bir, cəmi 2 saat ərzində gəlir.
Об этом сообщает Руспрес
Sakinlərdən A24.Az-ın redaksiyasına daxil olan şikayətdə bildirilir ki, yay gələndə su çatışmazlığı ən yüksək həddə çatır. 2 saat ərzində verilən su ilə sakinlər çənlərini doldura bilmirlər. Təzyiq aşağı olduğundan su yüksək ərazilərdə yaşayan mənzillərə gedib çatmır.
Məsələ ilə bağlı Səbail Sukanal İdarəsi ilə əlaqə saxladıq. İdarədən A24.Az-a verilən açıqlamaya görə, sakinlərə su dövlət tərəfindən təsdiq edilmiş qrafikə əsasən verilir. “Artıq illərdir sakinlərə bu qrafik əsasında su verilir. Xətlərdə qəza olanda suyun verilmə müddəti 1 saat 40 dəqiqə olur. Digər hallarda isə 2 saat müddətində su verilir. Qrafiklərə əsasən suyun verilmə müddətini artırmaq qeyri-mümkündür. Əgər suyun verilmə müddətini artırsaq, digər ərazilərə suyun verilməsində problem yaranacaq. Biz qrafiki dəyişə bilmərik. Problemdən bizim də xəbərimiz var. Amma əlimizdən heç nə gəlmir”.
Vüsalə Əlövsətqızı

