Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəkərin ziyanları 50 il bundan əvvəl aşkarlandı, amma gizlədildi – Həkimlərə pul belə verildi

05.03.2020 12:10

Şəkərin zərərlərinin 50 il bundan əvvəl “şəkər lobbisinin” dəstəyi ilə tapıldığını, lakin cəmiyyətə çatdırılmaması üçün əngəlləndiyi ortaya çıxıb.

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, ABŞ-ın Kaliforniya Universitetinin alimləri, tarixi sənədlər üzərində apardıqları araşdırma zamanı “Beynəlxalq Şəkər Araşdırmaları Fondu”nun (ISRF) 1968-ci ildə həddindən artıq şəkər qəbulunun ürək xəstəliklərinə və sidik kisəsində xərçəngə yol aça biləcəyinə dair məlumatların gizlədildiyini aşkarlayıb.

İngiltərənin Birmingham Universitetinin araşdırmaçı alimi W.F.R. Pover 1968-ci ildə “Layihə 259” adını verdiyi, siçanlar üzərində həyata keçirdiyi təcrübələrdə şəkərlə “trigliserid” adı verilən maddənin qan hüceyrələri arasındakı əlaqəsini araşdırarkən, yüksək miqdarda şəkərlə qidalanan siçanların qanlarında, nişasta ilə bəslənən siçanlarda daha çox trigliseridin olduğu təsbit edilib.

Bundan başqa, Pover yüksək miqdarda şəkərlə qidalanan siçanlarda beta qlüküronidaz adlanan, sidik kisəsində xərçəngə yol açan yüksək miqdarda fermentin olduğunu görüb. Lakin ilk tapıntılar ortaya çıxmağa başlayanda araşdırmanın sponsoru ISRF dəstəyini geri çəkib. Maliyyə dəstəyi olmadığı üçün araşdırma dayandırılıb və nəticələri yayımlanmayıb.

Bütün bunları aşkara çıxaran Kaliforniya Universitetindən Prof. Stanton Qlantz “ “Layihə 259” tamamlanıb nəticələri yayımlana bilsəydi, şəkərlə yaranan ürək xəstəliklərinin qarşısını almış olardıq. Lakin bunun yayılmasına mane oldular” deyib.

Alimlərə pul verdilər…

Kaliforniya Universitetinin alimləri ötən il yayımlanan başqa bir araşdırmada eyni lobbi qrupun 1960-cı illərdə şəkərdən yaranan ürək xəstəliklərini gizlətmələrini, xəstəliyin yaranma səbəbinin doymuş yağlar olduğunu irəlis ürmələri üçün Harvard Universitetinin alimlərinə pul verildiyi ortaya çıxmışdı.

Firuzə Alimova / A24.az