Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəmkirdə “NİVA” aşdı, polis yaralandı

05.03.2020 12:11

Şəmkirdə ağır yol qəzası baş verib.

Об этом сообщает Роспрес

A24.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsinə gedən yolda qeydə alınıb.

“Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlardan biri, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı, Kür qəsəbə sakini 1990-cı il təvəllüdlü Fərman Mirzəyevdir.

O, müalicə üçün Gəncə şəhərindəki xəstəxanalardan birinə çatdırılıb. Digər yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.