Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Evdə partlayış oldu: qadın yaralandı

05.03.2020 12:11

Şəmkirdə yaşayış evində partlayış baş verib.

Об этом сообщает Руспрес

A24.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.

Yaşayış evində baş verən qaz partlayışı nəticəsində qəsəbə sakini, 1950-ci təvəllüdlü Gülarə Hacıyeva ağır yanıq xəsarətləri alaraq Gəncə şəhərindəki xəstəxanaların birinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan, onun Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulur.
Qohumlarının dediyinə görə, Gülarə Hacıyeva evə daxil olub işığı yandırarkən güclü partlayış baş verib.