Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəmkirdə taksi sürücüsü bıçaqlanaraq qarət olunub

05.03.2020 12:11

Şəmkirdə taksi sürücüsünə qarşı quldurluq edilib. 

Об этом сообщает Роспрес

Saytımız bildirir ki, APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Çinarlı qəsəbəsində qeydə alınıb. Hələ ki, kimliyi məlum olmayan şəxs Gəncə şəhər sakini 1958-ci il təvəllüdlü Namiq Babayevin “VAZ 2107” markalı avtomobilinə əyləşərək, onu Seyfəli kəndinə aparmasını bildirib. Yolda sürücüyə bıçaq xəsarətləri yetirən şəxs onun cibindən pulunu və telefonunu götürərək, həmin avtomobil ilə ərazidən qaçıb.

Sürücü N. Babayev Gəncədə olan xəstəxanaların birinə yerləşdirilib. Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində N. Babayevə məxsus avtomobilin maşın təmiri ilə məşğul olan şəxsə satıldığı müəyyən olunub.

Quldurluğu törədən şəxsin tapılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.