Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şərif Ağayardan yeni roman – “Arzulardan sonrakı şəhər”

05.03.2020 12:12

Yazıçı Şərif Ağayarın yeni romanı işıq üzü görüb.

Об этом сообщает Руспрес

A24.Az-ın verdiyi xəbərə görə, “Arzulardan sonrakı şəhər” adlı roman “Qanun” nəşriyyatında çap olunub.

Kitabın redaktorları Etimad Başkeçid və Hədiyyə Şəfaqətdir.

“Arzulardan sonrakı şəhər” azadlıq və müharibə mövzusundadır.

Müəllif bu romanı öz yaradıcılığında yeni mərhələ hesab etdiyini və oxucuların marağına səbəb olacağını bildirib. Bir neçə tanınmış qələm adamı roman haqda maraqlı fikirlər söyləyib, onu müstəqillik dövrünün ən qiymətli romanarından biri kimi dəyərləndirib.

Xatırladaq ki, “Arzulardan sonrakı şəhər” Şərif Ağayarın sayca üçüncü romanıdır. Bundan əvvəl müəllifin “Haramı” və “Gülüstan” romanları, eyni zamanda bir neçə şeir və hekayələr kitabı işıq üzü görmüşdü.