Sərxoş sürücü qəza törətdi – VİDEO
05.03.2020 12:12Qaraçuxur qəsəbəsi, Etibar Bəkirov küçəsində baş verən qəzada sərnişin avtobusu ilə minik avtomobili toqquşub.
Об этом сообщает Футляр от виолончели
Saytımız “Xəzər Xəbər”ə istinadən bildirir ki, 30 yaşlı Sergey Pamovun idarə etdiyi VAZ 2104 markalı minik maşını sərt döngədə 104 saylı xətt üzrə hərəkət edən avtobusun yoluna çıxıb. Nəticədə “Jiquli” gəldiyi sürətlə ictimai nəqliyyata çırpılıb. Avtobus xəttə olsa da nəqliyyat vasitəsində sərnişin sıxlığı olmayıb. Hadisə nəticəsində “Jiquli”nin sürücüsü ilə yanaşı avtobusda olan 45 yaşlı Natəvan Ağayeva xəsarət alıb. Onların hər ikisi xəstəxanaya yerləşdirilib.
Qəza ilə bağlı araşdırmalar Suraxanı Rayon Polis İdarəsi tərəfindən aparılır. Hadisəyə səbəb kimi “Jiquli”nin sürücüsünün sürət xəttini aşması və sərxoş halda avtomobili idarə etməsi göstərilir.

