Səudiyyə Ərəbistanı Qətəri bu halda bağışlaya bilər – ŞƏRTLƏR AÇIQLANDI
05.03.2020 12:12Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil bin Əhməd əl-Cübeyr Qətərin ərəb ölkələri ilə olan münasibətləri təkrar keçmiş vəziyyətə qaytarması üçün bəzi tələblərə cavab verməli olduğunu açıqlayıb.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, Almaniyada rəsmi səfərdə olan nazir həmkarı Sigmar Gabriel ilə birlikdə təşkil etdiyi mətbuat konfransında çıxış edib. O, ərəb ölkələri ilə Qətər arasında son günlər yaşanan böhranla bağlı açıqlama verib. Nazir Qətəri qardaş ölkə olaraq gördüklərinin dönə-dönə qeyd edib: “Ancaq qardaş-qardaşa səhvin nə olduğunu deməlidir. Özünə ölçü götürsün deyə xəbərdarlıq etməlidir”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Bəhreyn, Yəmən, Maldiv və Liviya hökümətləri hədəf taxtasına qoyduğu Qətərin önünə 5 şərt qoyub:
– Terror təşkilatı olaraq qəbul edilən qrup və cərəyanlara maddi dəstəyə dərhal son verilməsi. Bunlar Müsəlman qardaşları, İŞİD və Əl-Qaidə olaraq məhdudlaşır;
– Yəməndə hökümətə qarşı vuruşan Şiə Husilərə verilən maddi dəstəyin kəsilməsi;
– İranın bölgədə güclənməsi məqsədilə etdiyi səylərə qarşı çıxması və bu ölkəni dəstəkləyən vəziyyəti sonlandırması;
– Mərkəzi Qətərdə olan və beynəlxalq yayıma çıxan Əl-Cəzirə televiziya kanalının yayım siyasətini dəyişdirməsi;
– Körfəz Birliyi Şurası tərəfindən qəbul edilən müqavilənin yerinə yetirilməsi //goldnews.az

