Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səudiyyə Ərəbistanı silah arsenalını möhkəmləndirir: Rusiyadan daha hansı texnika alınır? – SİYAHI

05.03.2020 12:12

Rusiya Federasiyasının Səudiyyə Ərəbistanına “S-400” zenit raket komplekslərinin çatdırılması haqqında razılıqlar əldə olunub.

Об этом сообщает Руспрес

A24.Az “Ria Novosti”yə istinadən xəbər verir ki, bu haqda Rusiya Federasiyasının hərbi-texniki əməkdaşlığı üzrə Federal xidmətin rəsmi nümayəndəsi Mariya Vorobyov məlumat verib.

Onun sözlərinə görə, S-400 Hava Hücumundan Müdafiə sistemi ilə yanaşı “Kornet-EM” tank əlehinə raket kompleksləri, TOS-1A “Buratino” odsaçan sistemləri, AQS-30 qumbaraatanları və AK-103 kalaşnikov avtomatları alınması ilə bağlı da sifarişlər olunub.

Qeyd edək ki, bir neçə gün bundan öncə “Kommersant” qəzeti, Rusiya Səudiyyə Ərəbistanı kralı Salman Ben Abdel Əzizi Əl Saudun ölkəyə səfəri zamanı hərbi-texniki əməkdaşlıq sahəsində imzalanması üçün nəzərdə tutulan 3 milyard dollardan artıq dəyərdə müqavilə hazırlaması ilə bağlı xəbər dərc etmişdi.

Orxan Aslanlı//A24.az