Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Səudiyyə Ərəbistanında qadınlara bu 10 şey qadağandır

05.03.2020 12:12

Bildiyimiz kimi qadınlara qarşı ən kəskin qanunların tətbiq edildiyi müsəlman ölkələrindən biri də Ssudiyyə Ərəbistanıdır.

Об этом сообщает Роспрес

Saytımız xəbər verir ki, bu ölkədə qadınlar yanlarında ərləri və ya kişi qohumları olmadan çölə çıxmırlar. Yanlarında kişi yoxdusa, taksiyə minmələri əxlaqsızlıq kimi görülür.

Səudiyyə ərəbistanlı qadın və qızlar qara geyinmək məcburiyyətindədirlər. Xanımlar həmçinin hicab geyinmək məcburiyyətindədirlər. Başları bağlı olmalı, ayaqları görünməli deyil. Kişilərin diqqətini çəkməmək üçün rəngli geyimlər geyinmək də qadağandır.

Səudiyyə Ərəbistanında qadınlara maşın sürmək qadağan olunsa da, iğtişaşlardan sonra müəyyən qədər güzəşt edilib. Bura qadınlara avtomobil sürməyi qadağan edən yeganə ölkədir. Yasağın əsas səbəbi kimi Qərbin azad və açıq yaşayış tərzi və yerli adət-ənənələrin eroziyaya uğraya bilməsi ehtimalı göstərilib.

Ölkədəki bütün rəsmi və qeyri-rəsmi müəssisələrdə qadınlar və kişilər üçün ayrı girişlər inşa edilir. Çimərliklər və əyləncə parkları da bura daxildir.

“Reuters” agentliyinin müxbiri Reihad qaldığı oteldəki idman zalına və üzgüçülük hovuzuna girmək təcrübələrindən danışıb: “Bir qadın olaraq mən belə onlara baxa bilmədim. Şəriət qanunlarına görə, qadının üzməsi yasaqdır. Qərbə uyğun adətlərin olmasını əsla istəmirlər”.

Qadınlar ölkə tərəfindən təşkil edilmiş idman liqalarına, beynəlxaq turnirlərə və hətta bir tamaşaçı olaraq milli komandanın matççlarına belə qatıla bilməzlər. 150 rəsmi idman klubunun qapıları qadınlara bağlıdır. Oğlan uşaqlarına məcburən gimnastika dərsləri keçirilsə də, qız məktəblərinin çoxunda bədən tərbiyəsi dərsi belə keçilmir.

Onsuz da məhdud sayda alınan paltarları geyinib-soyunma otağında test etmək mümkün deyil. Soyunma otaqlarında bir qadının əynini dəyişməsi belə Sudiyyəli kişilər üçün ağır yükdür.

Ölkədə işçi qüvvəsinin sadəcə 5 %-i qadındır. Onlar da əsasən kişilər olmayan sektorlarda çalışırlar. 

Qadın və qızların ailələr üçün olmayan restoranlarda yemək yeməsi yasaqdır. Hətta kassirin qadın olmadığı kassalara yaxınlaşmaq belə qadağandır.

Dövlət tərəfindən təsis edilən din polisləri qadınları şəriət qaydalarına uyub-uymadıqlarını yoxlamaq üçün kölgə kimi izləyirlər. Xanımlar öz məhəllələrində belə tək gəzə bilməzlər. Ölkə xaricinə çıxmaq üçün ata və ərdən icazə almaq lazımdır. Əl Riyad şəhəri qadınların ictimai nəqliyyatdan istifadə edə bildikləri yeganə yerdir. Əlbətə ki, burada da hər iki cins üçün nəqliyyat vasitələri ayrıdır.