Səudiyyə terrorla mübarizədə YENİ QURUM yaradır – Silahı isə HƏDİS və Muhəmməd peyğəmbərin həyatıdır
05.03.2020 12:13Səudiyyə Ərəbistanı ekstremizmə qarşı yeni mərkəz yaratmağı planlaşdırır.
Об этом сообщает Футляр от виолончели
A24.Az xarici KİV-ə istinadən xəbər verir ki, mərkəz Mədinə şəhərində açılacaq və burada hədisləri toplamaq, öyrənmək, təsnif etmək üçün İslamın ən nüfuzlu alimləri fəaliyyət göstərəcək. Bundan başqa Muhəmməd peyğəmbərin həyatından, etdiklərindən və dediklərindən istifadə olunacaq dini bir nqurumun meydana gələcəyi açıqlanıb.
“Hazırda İŞİD, Əl-Qaidə və Taliban kimi terror təşkilatları öz ideologiyalarını müxtəlif hədislərdən istifadə etməklə yayır və qanlı əməllərinə hədislərdən istinad gətirməklə haqq qazandırırlar.
Bu dini qurumun yaradılması İslama zidd olan saxta və ekstremist mətnləri aradan qaldıracaq, həmçinin terrorçuların özlərini haqqlı göstərmələrinin qarşısını alacaq”, – deyə ölkənin Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.

