Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Şəxsiyyət vəsiqəsinin oğurlanmasına görə cəza sərtləşdirildi

05.03.2020 12:13

Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satmağa görə cərimənin miqdarı artırılır.

Об этом сообщает Руспрес

Saytımız xəbər verir ki,  bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Hazırda cərimənin miqdarı 300 manatadəkdir. Bundan başqa, bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulub.

Həmin cərimə məbləğinin 1000 manatdan 2 min manatadək artırılması təklif olunur.

Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətməyə görə cərimənin miqdarı 1000 manatdan 2 min manatadək artırılması təklif edilir. Hazırda isə bu məbləğ beş yüz manatadəkdir.

Hazırkı qanunvericiliyə əsasən, dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlamaya görə üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cərimənin miqdarının 1000 manatdan 1500 manatadək artırılması təklif edilir.