Silvester Stalllon “Rocky” üçün ölümcül pəhrizindən danışdı – günə 25 fincan…- FOTOLAR
05.03.2020 12:14Məşhur aktyor Silvester Stallon ulduz kimi parladığı “Rocky” filmi üçün tutduğu ölümcül pəhrizi açıqlayıb.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, o, “Instagram”da “Rocky 3”-ə aid bir fotoşəkil paylaşıb. Fotoda Stallon rinqdə başı aşağı dayanıb.
Şəklin altında isə film üçün həyatını təhlükəyə ataraq tutduğu ölümcül dietdən yazıb.
70 yaşlı amerikalı aktyor kino çəkilişləri ərəfəsində çox yüksək zülal pəhrizi tətbiq etdiyini qeyd edib və bunun fiziki və zehni enerjini azaltdığını bildirib.
Ona görə də çəkiliş zamanı fasilələrdə beyninə qan getsin və mürəkkəb döyüş xoreoqrafiyasını yerinə yetirə bilsin deyə başı aşağı dayanıb.
Təhlükəli pəhrizində gündə 25 fincan qəhvə içdiyini qeyd edən aktyor “Yalnız çox kiçik paylar şəklində qəhvəyi düyü yulaf əzməsi yeyirdim, gündə 25 fincan ballı qəhvə içirdim və iki qaşıq ton balığı yeyirdim” – deyə bildirib.
Həmin vaxtlar isə bədənindəki yağ nisbəti 2,9-a qədər düşüb və bu da həyati risk daşıyır.
Stallon “Kənardan baxdıqda yaxşı görünürdüm, amma içəridən çox təhlükəli idi” deyib.
“Rocky” seriyasını altı filmlə tamamlayan Stallon son filmi “Rocky Balboa”nı 60 yaşında çəkib.

