Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

ŞOK İDDİA: Səudiyyə Ərəbistanında nəzarət altına alınan şəxslərə işgəncə verilir

05.03.2020 12:16

“Middle East Eye” xəbər saytı Səudiyyə Ərəbistanın nəzarət altına aldığı şəxslərdən bir hissəsinin təhlükəsizlik qüvvələri tərəfindən işgəncə gördüyünü iddia edib.

Об этом сообщает Футляр от виолончели

Saytımızın Türkiyə KİV-dən əldə etdiyi məlumata görə, dərc edilən xəbərdə saxlanılan yüksək səviyyəli məmurların bəzilərinin işgəncəyə məruz qaldığı qeyd edilib.

“The Middle East Eye” saytına danışan səudiyyəli səlahiyyətlilər həbslər barədə mediaya açıqlanan rəqəmlərin çox az göstərildiyini, ancaq saxlanılanların daha çox olduğunu bildirirlər.

Bundan başqa ingəncəyə məruz qalan bəzi yüksək səviyyəli məmurların bir müddət xəstəxanada müalicə aldığı deyilir. Hətta bəzi məmurlardan bankdakı hesabları barədə ətraflı məlumatlar almaq üçün işgəncəyə məruz qaldıqları qeyd edilir.

Qeyd edək ki, son zamanlar Səudiyyə Ərəbistanında çox ciddi proseslər yaşanır. Şahzadələr, nazirlər və varlı iş adamları lüks oteldə nəzarət altında saxlanılır. Saxlanılanların hamısı korrupsiya qalmaqalında günahlandırılır və bankdakı hesabları, mal varlıqları dondurulur.

Bu nəhəng anti-korrupsiya əməliyyatının baş aktyoru isə 32 yaşlı vəliəhd Muhamməd bin Salmandır.

Əldə edilən məlumatlara görə, anti-korrupsiya əməliyyatında 208 nəfərin saxlanıldığı, onlardan 7-nin sərbəst buraxıldığı bildirilir.

Verilən açıqlamalarda ən azı 100 milyard dolların rüşvət yolu ilə ələ keçirildiyi deyilir.