ŞOK İDDİA: Yadplanetliləri axtarmayın, çünki onlar aramızdadır!
05.03.2020 12:16NASA ilə iş birliyində olan “Bigelow Aerospace” adlı şirkətin qurucusu Robert Bigelov yadplanetlilərin aramızda olduğunu söyləyərək şok iddia irəli sürüb.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, Rober “Dünya xaricindəki sivilizasiyaları tapmaq üçün milyonlarla dollar xərclədim. Halbuki onlar burnumuzun dibindəymiş”, deyə qeyd edib.
“Dünya üzərində UFO-lar mövcuddur” deyən Robert yadplanetlilərin varlığı mövzusunda olduqca qəribə və böyük bir müzakirə başladıb.
“Yadplanetlilərin yanına getməyə ehtiyac yoxdur…”
Bigelov insanlığın kosmosdakı gələcək missiyası haqqında soruşulan suallar qarşısında “Yadplanetliləri tapmaq üçün çox uzaqlara getməyə ehtiyac yoxdur. Onlar tam olaraq burnumuzun dibindədirlər” deyərək hər kəsi həyəcanlandırıb.
“Mənə dəli deyə bilərlər…”
Aparıcının “İnsanların sizin dəli olduğunuzu düşünməsindən qorxmursunuz?” sualı qarşısında “Vecimə deyil, onlarla maraqlanmıram” deyə Robert cavab verib.
Hələ yadplanetlilərin varlığını qəbul etməyən NASA ilə işləyən bir şirkətin bu cür iddilar irəli sürməsi ağıllarda sual işarəsi yaradıb.

