Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Söndürsəniz belə enerji sərf edən cihazlar – İsrafa son

05.03.2020 12:17

Əgər sizə elektrik enerji borcu çox gəlirsə,  deməli diqqətə almağa dəyər.

Об этом сообщает Руспрес

Evdə işlədilən elektrik-məişət əşyalarının düyməsindən söndürdükdə elektrik işlətdiyini bilirdinizmi?

Bilməyənlər üçün qeyd edək ki,  elektrik xəttindən ayrılmayan cihazlar işıq pulunun daha çox gəlməsinə səbəb olur.

 A24.Az elektrik xəttindən ayrılmayanacan enerji sərf edən cihazları təqdim edir:

Adapter

Telefonunuzun batareyasını doldurmaq üçün istifadə etdiyiniz adapteri elektrik xəttindən ayırmasanız pul yazacaq. Sadəcə olaraq gücü az olduğundan az enerji xərcləyir.

Televiziya ötürücüsü

Pultdan söndürsəniz belə TV ötürücüləri işləyir.Bu, maya dəyəri 5 dəfə artırır.

Televiziya

“Power” düyməsinə basıb söndürməniz sadəcə olaraq TV-ni gözləmə rejiminə keçirir. İldə təxminən 40 manat itirmək deməkdir.

Kompüter və noutbuklar

Ekranlarını bağlasanız belə  kompüterlər işləməyə davam edir və çox enerji sərf edir. Halbuki elektrikdən ayırdıqda 100 manatadək qənaət deməkdir.

Zamanlayıcısı olan cihazlar

Zamanlayıcısı açıq olan elektrikli cihazlar enerji sərf edir. İlə təxminən 100 manatdan çox qənaət etmək deməkdir.

Cərəyana taxılı elektrik uzadıcıları

Elektrik yuvasına taxılı uzadıcılar enerji sərf edirlər.  Elektrik naqillərində olan qısaqapanma cihazların yanmasına səbəb ola bilər.

Vüsalə