Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Su insan sidiyindən və nəcisindən hazırlanırmış – VİDEO

05.03.2020 12:18

Dünyanın ən zəngin insanı hesab olunan “Microsoft” prezidenti Bil Qeyts “OmniProcessor” sisteminin yeni innovativ layihəsini dəstəkləmək üçün şirkətin insan nəcisinin emalı nəticəsində istehsal etdiyi içməli suyu içib.

Об этом сообщает Футляр от виолончели

Saytımızın xarici mediaya istinadən verdiyi məlumata görə, layihə rəhbərləri “OmniProcessor” qurğusu vasitəsilə insan tullantılarının yandırılması və yenidən emalı nəticəsində elektrik enejisi istehsal edəcəyini və milyonlarla insanı içməli su ilə təmin edəcəyini bəyan edib.

Bu qurğu “Janicki Bioenergy” şirkəti tərəfindən düzəldilib. Buxar mühərriki ilə çalışdığı üçün ətrafa heç bir tüstü və qoxu saçmır. Bu maşın 100 min insanın 14 ton tullantısından istifadə etməklə gündəlik 86 min litr içməli su və 250 kilovat elektrik enerjisi hasil edə bilir.

Şirkətin iş mexanizminin təqdimatı zamanı “Microsoft” şirkətinin prezidenti Bil Qeyts qurğunun hasil etdiyi sudan bir fincan içməklə bu layihəyə dəstəyini ifadə edib.

Məşhur milyarder bununla bağlı öz bloqunda bunları yazıb: “Bu adicə sudur. Bunu indiyə qədər içdiyim ən dadlı su hesab edirəm. Bu suyun ərsəyə gəlməsindəki texniki proseslərlə tanış olandan sonra hər gün bu sudan məmnunluqla içərəm. Çünki, bu sağlam sudur”.

Bilq Qeyts qeyd edib ki, hazırda dünya əhalisinin 40 faizi içməli və sağlam su çatışmazlığından əziyyət çəkir, hər il 1.5 milyon uşaq çirkli ərzaq və sudan dünyasını dəyişir. Əgər, bu qurğuları içməli su qıtlığı yaşayan zonalarda yerləşdirsək əhalinin sağlam həyat tərzi yaşamasını təmin etmiş olarıq.

Bildirək ki, 1.5 milyon dollar dəyərində olan emal müəssisəsinin bu ilin sonlarında Seneqalın paytaxtı Dakarda quraşdırılması gözlənilir.