Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Sumqayıtda 119 nəfər niyə zəhərləndi? – “Azərsu”dan açıqlama

05.03.2020 12:18

Bildiyiniz kimi, neçə gündür mediada və sosial şəbəkələrdə Sumqayıt və Abşeronda baş vermiş uşaq zəhərlənmələri ilə bağlı müzakirələr gedir.

Об этом сообщает Роспрес

Bəri başdan demək istəyirəm ki, Mənim birtərəfli olaraq “Azərsu”nun mətbuat maraqlarını qorumaq kimi rolum və vəzifəm yoxdur. Sadəcə olaraq düzgünlüyünə inandığım, elmi əsasları olan və sadə məntiqə söykənən məlumatları sizlərlə bölüşmək istəyirəm ki, hər biriniz məlumatlı və diqqətli olasınız, müəyyən işbazların, su filtirləri satan şirkətlərin, qablaşdırılmış su satan firmaların (Əlbəttə ki, bu xidmətlərdən də istifadə etmək olar və faydasız deyil, xüsusilə ölkəmizdə özəl sektor, iş adamları üçün şərait yaradıldığı belə dövrdə, lakin axı hamının buna maddi imkanı çatmır, pul qazanmalıyıq deyə maddi imkanı aşağı olan insanlarımızı niyə qorxuya, təşvişə salaq? Onları maddi və mənəvi sarsıntıya məruz qoyaq? Çünki marketlərdə 1 litr su 50 qəpiyə satılırsa, insanlar 1000 litr suyu kanalizasiya xidməti ilə birgə “Azərsu”dan 50 qəpiyə alırlar. Həm də nəzərə alın ki, qablaşdırılmış su satan şirkətlərin bir çoxu suyu elə “Azərsu”nun özündən alır, hətta digər “maraqları” olan, xalq içində təxribat, ajiotaj törətmək istəyənlərin toruna düşməyəsiniz.

Həmçinin nəzərinizə çatdırım ki, mən bu sahə üzrə mütəxəssis deyiləm və demirəm ki, bu virus sudan yaranmayıb və yarana bilməz. Hətta ola bilsin ki, “müəyyən səbəblərdən” sonradan bu iş “Azərsu”nun “boynunda” qalacaq – dediyim odur ki, gəlin ağılla və məntiqlə mətbuatda gedən əsas fikirləri analiz edək, hətta ola bilsin doğurdan da bu məsələ su ilə bağlıdır, lakin gəlin yekun, dəqiq, ciddi analizlərin cavablarını gözləyək, nəinki bəzi insanların, hətta bəzi rəsmi şəxslərin “ola bilsin ki,…”, “ehtimal ki, …”, “güman edilir ki, …” kimi ikibaşlı sözlərinə qulaq asıb insanları təşvişə salmayaq…

Beləliklə …
1- Deyilir ki, guya suya lazımi xlortərkibli maddələr qatılmayıb…
• Əgər belə olsaydı niyə həmin gündən əvvəlki və sonrakı günlər insanlar zəhərlənmirdilər?
• Həmçinin bildiyiniz kimi həmin su xəttləri Bakı və Abşeronun böyük əksəriyyətini su ilə təmin edir, niyə digər ərazilərdə uşaqlara heç nə olmadı?
• Deməli ancaq borunun əvvəlinə və sonrasına xlor qatılıb ancaq Sumqayıt hissəsinə yox?
2- Bilindiyi kimi zəhərlənmə hadisəsi Tağıyev, Saray və Sumqayıtda baş verib və deyilir ki, sudan qaynaqlanır…
• Dəqiqləşdirdim ki, o ərazilərə bir-biri ilə əlaqəsi olmayan 3 ayrı mənbədən su verilir (Şollar-1, Şollar-2 və Ceyranbatan), necə olur ki, bu mənbələrin hamısı eyni gündə və eyni virusa yoluxdu?
• Deməli bu ya absurd bir şeydi, yada kimlərinsə bu işdə “marağı” var.
3- Deyilir ki, suya Rota virusu yoluxub,ola bilər amma …
• Öyrəndim ki, Rota virusu həqiqətən suda ola bilər və insanlara yoluxa bilər, lakin bilindiyi kimi həmin sular xlorla təmizlənir və xlorun Rota virusu məhvetmə gücü yoxdur… Belə olan halda niyə sonrakı günlər də (Allaha çox şükürlər ki..) uşaqlar bu virusa yoluxmadılar? Axı o ərazilərin suyunda kəsilmə, boruların qapanması, boruların yuyulması kimi hallar olmadı… Demək ki, əgər xlor bu virusu məhv edə bilmirsə və suya da başqa dərmanlar vurulmursa, bu xəstəlik bu gün də davam etməli və hətta başqa ərazilərə də yayılmalı idi (Çünki dediyim kimi o xəttlərdən Bakı da qidalanır)…
• Həmçinin mən internet üzərindən qısa bir araşdırma apardım (bunu Siz özünüz də rahatlıqla edə bilərsiniz) və məlum oldu ki, bütün beynəlxalq səhiyyə qaynaqlarında Rota virusu təkcə su vasitəsi ilə deyil, həmçinin qida, hava, gigiyena və digər səbəblərdən də əmələ gəlir və yoluxur. Bəs niyə ancaq söhbət sudan gedir?
4- Bunlardan başqa dünən yəqin ki, bir çoxunuz- çox hörmətli tele-aparıcımız Zaur Baxşəliyevin “Bizimləsən” verlişinə baxdınız. Verlişdə Zaur bəydən sitatlar:
“Mən bir valideyin kimi informasiya istəyirəm”, “İnsanlar açıqlama gözləyir”, “Zərərçəkmiş valideynlər var studiyamıza zəng vurur” və s… Deməli veriliş canlı yayımlanır və iki nəfər vətəndaş da verilişə bağlanaraq narahatlıqlarını dilə gətirirlər. Bunu normal qəbul edir və vəziyyətlərini anlayıram (Allah digər uşaqlar kimi onların da övladlarına şəfa versin). Bu suallar və çağırışlar hamı kimi məni də narahat etdi və “Azərsu”nun aidiyyəti şöbəsindən maraqlandım ki, “bəs niyə siz qoşulub mövqe bildirməmisiniz?”, gülümsəyib cavab verdilər ki, “qoşmurlar axı…”. Deməli Dostlar! Sırf bu mövzuya 25 dəqiqəyə yaxın vaxt ayıran, 2 vətəndaşı canlı yayıma bağlayan, “Azərsu”dan israrla cavab tələb edən verilişdə “Azərsu”nun bir neçə dəfə cəhd göstərməsinə, verlişin rəhbərliyinə xahiş etməsinə baxmayaraq Azərsu “nədənsə” canlı yayıma bağlanmayır…
Və bu qədər həngamədən sonra Zaur bəy stolun üstündəki vərəqdən oxuyur ki, (hiss olunurdu ki, oxuduğu rəsmi sənəddəndir) “Xatırladım ki, rotavirus fəsil dəyişkənliyi ilə bağlıdır və uşaqlarda rast gəlinə bilər…”. Necə başa düşəsən…?
5- Həmçinin dünən Xəzər TV-də bu məsələ ilə bağlı veriliş verildi. Həmin verlişdə Respublika Gigiyena və Epidemalogiya Mərkəzinin şöbə rəisi hörmətli Ziyəddin müəllimin çıxışından sitatlar:
• “Aparılmış tədqiqatlar göstərdi ki, içməli suda bakterioloji və fiziki-kimyəvi göstəricilər normaldır” (!!!)
• “… lakin uşaqlardan götürülmüş qusuntu və nəcisdə, konkret olaraq nəcisdə rota virusu aşkarlanmışdır” (Konkret deyilmir ki, suda, deyilir nəcisdə, bu da bir çox səbəblərdən ola bilər, o cümlədən sudan…)
• “… və burda ehtimallar (!!!) yaranır …” Dostlar! Gördüyünüz kimi, dəqiq laborotoriya analizlərinin nəticələri yox, EHTİMALLAR…
• “Ədəbiyyatda və həkimlərimizin məlumatlarına əsasən rotavirusun yayılmasında birinci növbədə çirkli əllər, içməli su və birdə gigiyena səbəb olur” (yəni ehtimallar çoxdur!!!).
• “… yenə baxılmalıdır və bunun səbəbi tapılmalıdır”
• “… araşdırmalıyıq və tapmalıyıq”
• “Rotavirus hardan keçib insanlara? Biz bunu birgə müəyyənləşdirməliyik”
• “Virus nəcisdə aşkarlanıb, suda yox”
Gördüyünüz kimi hələ yekun rəy verilməyib, su ehtimaldır, hələ axtarırlar 

Başqa bir araşdırmada o da məlum oldu ki, həkimlər virusu 20 dəq. ərzində aşkarlıyıb nəticəni demək olar. Bəs niyə bu hadisə ilə bağlı üstündən 5 gün keçsə belə, nəticə açıqlanmır?
Başqa bir araşdırma nəticəsində də Beynəlxalq təcrübələrdə Rotavirusu 2-6 yaş arasında olduğu halda mənim bir tanışım var ki, 2000-ci il təvəllüdlüdür. Yəni 17 yaşı var. Deməli bu Rotavirusu olmaya da bilər.
Normalda “Azərsu”nun “qaynar xətti”nə adi su kəsiləndə dəfələrlə zəng gəldiyi halda, 7-10 iyun tarixində yoluxma ilə bağlı bir dəfə də olsun zəng gəlməyib.
GEM-də Azərsu ilə bağlı plan qrafiki var, ona uyğun işləyir və son 2 ayda heç bir problem olmayıb.
DİQQƏT! DİQQƏT!
Son vaxtlar DTX adında istifadə edərək, qurumun “Azərsu”nun suyunu qadağa etdiyi ilə bağlı yalan məlumatlar yayıldı və su filterləri arxa fonda reklam edildi. Bu belə əslində “İşbazların” iç üzünü göstərməkdən başqa bir şey deyildi.
Mən burada Zaur bəyin və ya, Ziyəddin bəyin fikirlərinə çox böyük hörmətlə yanaşıram və sadəcə, sadəcə şəxsi fikirlərimi yazdım. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırıb oxudunuz.

İlkin Məcidov, AzərSu ASC-nin Təlim və İnnovasiyalar Mərkəzinin rəisi