Sürücülərin diqqətinə: Bu yolda hərəkət məhdudlaşdırılır
05.03.2020 12:19Bu gün axşam saat 22:00-dan etibarən Heydər Əliyev prospekti, Babək prospekti və Yusif Səfərov küçələrinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.
Об этом сообщает Роспрес
“Azəravtoyol” ASC-dən A24.Az-a verilən məlumata görə, adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən (yol bağlanmadan) məhdudlaşdırılacaq.
Rənglənmə işləri oktyabrın 19-da səhər saatlarınadək yekunlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.

