Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Suyun altında Türkiyə və Azərbaycan bayraqları…

05.03.2020 12:20

İzmirin Foça bölgəsində fəaliyyət göstərən Foça Dalğıc Mərkəzinin (FDM) azərbaycanlı kursantları suyun altında Türkiyə və Azərbaycan bayrağını açıb. Gənclər suyun 18 metr dərinliyində iki dövlət bir millət şüarını da calandırıb.

Об этом сообщает Роспрес

Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, İzmirə gəzmək üçün gələn Azərbaycan əsilli Vüsal Allahyarov (27), Elbrus Hüseynov (27), Vasif Talıbzadə (26) və Tural Azayev (25) yaxınlarının tövsiyyəsi ilə birlikdə Foça Dalğıc Mərkəzini görməyə gedib. Heç vaxt dalğıclıq etməyən, amma gördüklərindən çox təsirlənən 4 yoldaş suya dalmaq istədiklərini bildiriblər. Türkiyədə qaldıqları müddət ərzində suya dalmağı öyrənməyə qərar verən gənclər 3 günlük dərslərdən sonra 4-cü gün suya Türkiyə və Azərbaycan bayraqları ilə birlikdə baş vurub və ortaya maraqlı görüntülər çıxıb.

Firuzə Alimova / A24.az