Tabuları qıran 11 model – İNANILMAZ FOTOLAR
05.03.2020 12:20“Maniken” dedikdə hər kəsin ağlına ilk əvvəl gözəl, cazibədar, baxımlı və qüsursuz bədən ölçüsünə malik qızlar, oğlanlar gəlir.
Об этом сообщает Роспрес
A24.az-ın haqqında məlumat verəcəyi manikenlər isə tamam fərqlidir. Təqdim edəcəyimiz manikenlər tamamilə moda aləmində qurulan qəlibləşmiş gözəllik anlayışını silərək, sözün əsl mənasında çevriliş ediblər.
1. Vinnie Harlov
Vinnie Harlov vitiliqo adı verilən pigment çatışmazlığından qaynaqlanan nadir görülən dəri xəstəliyindən əziyyət çəkirdi. Buna görə də uşaqlıqda həmişə təhqirlərə məruz qalırmış. Ətrafındakı uşaqlar onu “zebra”, ya da “inək” – deyə çağırırdı. Ancaq heç kimin ağlna gəlmirdi ki, bəyənmədikləri bu qız bir gün məhz görünüşü sayəsində məşhurlaşacaq.
2. Allison Harvard
Allison Harvard iri gözləri və parlaq makyaji ilə hələ məktəb vaxtlarından sosial şəbəkələrdə yavaş- yavşa tanınmağa başlamışdı. Məktəbi bitirdikdən sonra isə Allison da Vinnie Harlov kimi modellik etməyə başlayıb.
3.Diandra Forrest
Afrikadan olan albinos Diandra yoxsul ailədə böyüyüb. Uşaq vaxtı yaşıdları övladlıq olduğunu düşündükləri üçün ona zülm ediblər. Məşhur fotoqraf Şemer Xan Diandranı təsadüfən küçədə kəşf edib və bundan sonra onun həyatı tamamilə dəyişib.
4. Jillian Mercado
Jilian əzələ distrofisi səbəbilə 17 ildir ki, əlil arabsına məhkumdur. Fiziki qüsuruna baxmayaraq onun həmişə modaya marağı olub. Günlərin birində marağını genişləndirərək bu mövzuda blog açmaq qərarına gəlir və qısa müddət ərzində məşhurlaşır.
5.Tess Holliday
Tess Holliday uşaqlıqdan modellik sənətinin xəyalı ilə yaşasa da artıq çəkisi və boyunun 165 sm olması səbəbindən bu sənətdə heç bir şansının olmadığını zənn edirdi. Ancaq çox keşmir ki, tale üzünə gülür və o, model olur. Hazırda Tess məşhur “Vogue” jurnalının üz qabığının modelidir.
6. Brunette Moffy
Brunette Moffynin karyerası demək olar ki, gözlənilmədən başlayıb. Bir tanışı vasitəsiylə moda fotoqrafı Tyler Lebonla tanış olur və fotoqraf “POP” jurnalı üçün Moffynin bir neçə fotosunu çəkir. Fotolar bəyənilir və biri qapaq üzü kimi seçilir.
7. Amazon Eve
Boyu 2.03 metr olduğu üçün Amazon Even dünyanın ən uzun boylu modeli sayılır. Modellik karyerasına başlamazdan əvvəl Even idmala məşğul olurmuş. “American Horror Story” teleserialında rol alması isə Evenə şöhrət gətirib.
8. Daphne Selfe
Bir çox model müəyyən bir yaşdan sonra populyarlığını itirir və peşələrindən uzaqlaşır. Ancaq Selfe hazırda 88 yaşındadır və buna baxmayaraq bir çox cavan modellərdən daha yaxşı görünür.
9. Shaun Ross
Ross da albinosdur. Həmçinin uşaq vaxtı döyüldüyü üçün burnunda əyilmə var. Ancaq həyatında baş vermiş heç bir pis hadisə Rossun geri çəkilməsinə səbəb olmayıb. Əksinə o, həm yaxşı rəqqasdır, həm də 16 yaşından bəri modellik edir.
10. Viktoria Modesta
Viktoriyanın dünyaya gəldiyi zaman tibbi səhlənkarlıq səbəbindən sol ayağında problem yaranıb. Bundan sonra ayağı amputasiya edilib və 15 uğursuz əməliyyat keçirib. İndi Modesta məşhur müğənni və modeldir. Kolleksiyasında 8-dən çox protez ayaq var, bunların hər biri ona bənzərsiz tərz qatır.
11. Melanie Gaydos
Melanie də, nadir genetik xəstəliklə dünyaya gəlib. Onda sümük və qığırdaq toxuması inkiş etmir. Lakin, bu, onun zamanımızın ən qeyri-adi modellərindən biri olmasına mane olmayıb.
Minirə Qubatova//A24.Az

