Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Tanrı niyə qadın peyğəmbərlər göndərmir?

05.03.2020 12:21

Dində ən çox müzakirə edilən xəbərlərdən biri də tanrının nəyə görə qadın peyğəmbərlər göndərməməsilə bağlıdır.

Об этом сообщает Руспрес

Sözügedən mövzu ilə bağlı tanınmış ilahiyyatçı Elşad Miri A24.Az-a açıqlamasında qeyd edib ki, peyğəmbərlik ilahi vəhyin insanlara açılan bir pəncərəsidir. “Allah fikirlərini, sözlərini, düşüncələrini peyğəmbərlər vasitəsilə insanlara çatdırıb. Qadınlardan peyğəmbərin olub-olmaması məsələsi alimlər arasında müzakirə olunan mövzulardan biri olub.  Quranın 16-cı surəsi olan “Nəhl” surəsinin 43-cü ayəsində bəhs edilən ayədən bəzi alimlər belə nəticə çıxarıblar ki,  Allah ancaq kişilərdən peyğəmbər göndərib”.

İlahiyyatçının sözlərinə görə, Əşari əqidəsinin qurucusu İmam Əşari deyirdi ki, qadınlardan da peyğəmbər gəlib. “Əşari hətta 6 qadını  peyğəmbər kimi təqdim edib: Musa peyğəmbərin anası,  İbrahim peyğəmbərin arvadı Sara, Fironun xanımı Asiyə, Musanın anası, Məryəm (Quranda adı çəkilən yeganə qadın) və  Həzrəti Həcər”.

Elşad Miriyə görə, konkret olaraq Quranda bizə məlum olan bir nəfər olsun belə qadının peyğəmbər olmasından bəhs olunmur.   “Alimlər bəzi qadınlara vəhy olunması ilə bağlı deyiblər ki, onlara da vəhy olunubsa, deməli peyğəmbərdirlər. Amma vəhy olunma sözün lüğəvi mənasındadır. Quranda “Nəhl” surəsində bal arısına da vəhy olunduğundan bəhs olunur. Belə çıxır ki, onlardamı peyğəmbərdir?  Bizə məlum olan konkret  qadın peyğəmbər anlayışı yoxdur”.

Bəzi alimlər qeyd edirlər ki, qadınlıq missiyası həmin dövrlərdə daha çox qəbul edilməyib deyə, qadın  peyğəmbər olmayıb. İlahiyyatçı bildirir ki, bu yalnış bir səbəbdir. “Qurana baxanda Səba hökmdarı Süleyman peyğəmbərlə bağlı qissədə bəhs olunan (Bilqeys) qadın hökmdar olub, amma ondan mənfi yöndə bəhs edilməyib.  Konkret olaraq isə əlimizdə heç bir ayədə qadın peyğəmbərlə əlaqəli bir məlumat yoxdur”.

Vüsalə Əlövsətqızı