Tarif Şurası: Qazla bağlı köhnə borclar üzrə hesablaşmalar əvvəlki tariflərlə həyata keçirilməlidir
05.03.2020 12:21Təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.
Об этом сообщает Руспрес
Bu barədə A24.Az-a Tarif (qiymət) Şurasının Katibliyindən verilən məlumatda deyilir.
Bildirilir ki, yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 1 dekabr 2016-cı il tarixindən, əhali istehlakçı qrupu üzrə isə 1 yanvar 2017-ci il tarixindən etibarən istehlak olunan təbii qaza şamil edilir.

