Təcavüzə məruz qalmış insanlar sosial mediada etiraz etdi – AKSİYA
05.03.2020 12:22Sosial mediada müxtəlif ölkələrdən olan qadınlar #metoo həştəqi altında onlara qarşı törədilmiş təcavüz, zorakılıq və şiddətdən danışır.
Об этом сообщает Роспрес
A24.Az xəbər verir ki, bir neçə adama təcavüz etməsilə bağlı günahlandırılan Hollywood filmlərinin məşhur prodüseri Harvey Weinsteinin günahlarını etiraf etməsindən sonra twitterdə başladılan və facebookda da davam edən #metoo yəni “mən də” aksiyası bütün dünyada gündəm oldu.
Amerikalı aktrisa Alyssa Milanonum twitterdə yazdığı “Əgər təcavüzə məruz qaldınsa, “mən də” yazaraq cavab ver” tvitinə, bir neçə saat ərzində 27000 insan cavab verib.
Qeyd edək ki, bu haştagla artıq yüz minlərlə insan paylaşım edərək, başlarına gələn təcavüz, şiddət hadisələrindən danışıb.
Xatırladaq ki, Weinsteinin ona təcavüz etdiyini Angelina Jolie, Gwynet Paltrow da daxil olmaqla bir çox məşhur insan etiraf edib.

