Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Təhsil eksperti: “Konstitusiya məhkəməsinin təhsillə bağlı qərarı gecikdirilmiş addımdır”

05.03.2020 12:22

Konstitusiya Məhkəməsinin qərarına əsasən Azərbaycanda 18 yaşına çatdıqdan sonra valideyn dəstəyindən məhrum olan uşaqlar dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla əyani formada təhsillə əlaqədar ixtisaslara qəbul olduqda, təhsil haqlarından azad olacaqlar.

Об этом сообщает Футляр от виолончели

Təhsil eksperti Kamran Əsədov A24.Az-a Konstiyusiya Məhkəməsinin təhsillə bağlı vacib qərarını  şərh edib.

Ekspertin sözlərinə görə, Konstitusiya Məhkəməsinin bu qərarı gec atılmış addımdır:

“Bu sahədə apardığım araşdırmalar zamanı məlum oldu ki, hazırda təhsil alan tələbələrdən 390 nəfəri valideyninin birini itirib. Amma digər valideyni hər hansı bir qrup üzrə əlil deyil, təhsil alan tələbələrin gecikmədən təhsil haqqı ödəyənlərin sayı cəmi 19 nəfərdir. Yəni yerdə qalanlar təhsil haqların ödənilməsi ilə bağlı ciddi problem yaşayırlar. Bundan başqa hər qəbul ilində ali məktəblərə qəbul olmuş ondan çox abituriyent var ki, valideynlərindən birini itirib, digəri isə hər hansı bir əlil qrupuna aid deyil, məhz bu şəxslər təhsil haqlarını ödəyə bilmədiklərinə görə təhsil almaqdan imtina edirlər. Azərbaycan Respublikasının Konstitusiyasında göstərilib ki, dövlət istedadlı olan hər bir şəxsin təhsil almasına dayaq durur. Bundan başqa Azərbaycan Respublikasının 2009-cu ildə qəbul edilmiş təhsil haqqında qanununda da göstərilib ki, təhsil almaq hər zaman əlçatan olmalıdır. Buna görə də Konstitusiya Məhkəməsinin bu qərarını gecikdirilmiş addım hesab edirəm. Prezident İlham Əliyev 2013-2014-cü illərdən etibarən valideynlərindən birini itirmiş və valideyn himayəsindən məhrum edilmiş şəxslərin, bundan başqa valideynlərindən birini itirmiş, digər birinin ikinci qrup əlil olan tələbələri təhsil haqlarıdan azad edib, ödənişlərinin dövlət büdcəsi hesabına verilməsi ilə bağlı sərəncam vermişdi. Bu sərəncam hardasa 1000-ə yaxın tələbənin təhsil haqlarından azad olunmasına köməklik göstərdi. Qeyd edim ki, təhsil haqqından azad olma ilə bağlı digər kateqoriya məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslər aiddir”.

Təhsil eksperti əlavə edib ki, ən böyük ziddiyyətlərdən biri valideyninin birini itirib digərinin əlil olmaması məqamı ilə bağldır: “Belə çıxır ki, valideyninin birini itirib, digəri sağlam olan tələbələr gedib o biri valideynini əlil etməlidir? Əlil olsun ki, təhsil haqqından azad olunsun. Eyni problem yaşanır, Azərbaycan Republikasının  ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil, şəhid olmuş şəxslərdə. Onların da uşaqları təhsil haqqından azaddır. Ancaq döyüşlərdə iştirak edənlərə və veteranlara aid deyil. Təsəvvür edin şəxs müharibədə iştirak edib, şəhid olub. Ancaq digəri iştirak edib, əlil və ya şəhid olmuyub. Bu iştirakçılıq da önəmlidir. Qanun qəbul ediləndə hamıya şamil olunmalıdır. Hər iki şəxs ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib, hər ikisi də eyni missiyanı yerinə yetirib. Bu iki şəxs bir birindən ayırd edilməməlidir. Onların ikisinə də eyni missiyaya görə qiymət verilməlidir. Valideyninin birini itirmiş tələbələrin təhsil haqlarından azad edilməsi ilə bağlı dəfələrlə Milli Məclisinin deputatlarına, mətbuata da kifayət qədər çıxış etmişəm ki, bu qanunda uyğunsuzluq var. Sağ olsun həmin tələbə (Cavidan Qafarov) mənə də müraciət etmişdi və sonuna qədər də mübarizə apardı. Mən ona qanunvericiliyi göstərdim, 1999-cu ildə qəbul edilmiş valideynini itirmiş, valideyn himayəsindən məhrum olan uşaqlar haqqında qanun var. O qanunun 25-ci maddəsində göstərilib ki, valideyninin birini itirmiş şəxslərin təhsil haqqı dövlət büdcəsindən ödənilsin. Amma Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarda bir qanun boşluğu var. Tibbə görə uşaq 18 yaşdan müstəqil hesab olunur. Məhkəmə də məsələyə bu aspektdən  yanaşıb. Nəzərə almaq lazımdır ki, bizdə təhsilə qəbul yaşı 17-18-dir. Yəni burda da bir boşluq var. Qəbul edilən bu qərarda, yaş məhdudiyyəti aradan qaldırılmalıydı. Düzdü Konstitusiya Məhkəməsinin bu qərarının mütərəqqi, təhsilə dəstək üçün böyük addım hesab edirəm. Ancaq burda bir məsələ var ki, qanunvericilik Konstitusiya Məhkəməsi tərəfindən təyin olunduqdan 6 ay sonra bu məsələyə baxacaq.  6 aydan sonra bu qərar hüquqi qüvvəyə minəcək. Yəni belə çıxır ki, hələ də bu kateqoriayaya aid olan şəxslər bu hüquqdan istifadə etməyəcəklər. 6 aydan sonra bu məsələ Milli Məclisin plenar iclasına çıxarılacaq.  Bir məsələ də var ki, 6 aydan sonra Milli Məclis artıq yay tətilinə çıxacaqdır. Bu da Milli Məclisin fəaliyyət dövrü ilə üst-üstə düşmür”, – deyə K.Əsədov əlavə edib.

Qeyd edək ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunun 1-ci maddəsinin 12-ci abzasında qeyd edilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər 18 yaşınadək hər iki valideynini itirmiş, habelə hər iki valideyninin himayəsindən məhrum olmuş ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir. Konstitusiyanın 25-ci maddəsinin I hissəsində isə bildirilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. “Təhsil haqqında” qanunun 38.3-cü maddəsinə qeyd edilir ki, dövlət ali və orta ixtisas təhsili müəssisələrinin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsil alanların və təhsil verənlərin sosial müdafiəsinə yönəldilə bilər.

Orxan Aslanlı, A24.Az