Təkcə Ərəb kralları Trump-ın qadağasına reaksiya vermədi
05.03.2020 12:23Körfəz ölkələrinin zəngin ərəb kralları ABŞ prezidenti Donald Trumpın 7 ölkəyə qoyduğu viza qadağası qarşısında susmağa üstünlük veriblər. Bu ölkələrdən yalnız Qətər qərarın yenidən nəzərdən keçirilməsinin lazım olduğunu açıqlayıb.
Об этом сообщает Роспрес
Saytımız xəbər verir ki, Səudiyyə Ərəbistan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətər ABŞ-ın bu bölgədəki öndə gedən müttəfiqləri sırasındadır. Bu ölkələrin Barak Obama hakimiyyətindən sonra Trump administrasiyası ilə daha yaxşı münasibətlər qurmaq axtarışında olduqları bildirilir.
Trumpın bu qadağası Avropadakı müttəfiqləri Ərəb Birliyi və İslam İşbirliyi Təşkilatı tərəfindən sərt bir şəkildə tənqid olunsa da, ərəb krallıqları mövzuyla bağlı susmağa üstünlük veriblər.
Bu ölkələrdən yalnız Qətər sakit bir tərzdə etirazını bildirib. Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Cassim Al-Tani Serbiyaya səfəri zamanı Vaşinqtonun bu qərarını bir daha nəzərdən keçirməsini arzuladığını ifadə edib.
Ötən həftənin bazar günü Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz ilə Trump arasında telefon görüşməsi baş tutub. Lakin görüş zamanı bu mövzunun müzakirə edilib-edilmədiyi barədə heç bir açıqlama verilməyib.

