Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Telefonda ölüyə Quran oxutdurmaq olarmı? – VİDEO

05.03.2020 12:23

Mollaya pul verib Quran oxutdurmaqdansa, Yasin surəsinin oxunuşunu mobil telefona yazıb qəbir üstündə səsləndirmək kimin ağlına gələrdi?!

Об этом сообщает Руспрес

Bu məsələ isə ən çox qəbirstanlıqda, belə demək mümkündürsə, müştəri gözləyən mollaları narahat edir. Onlar əvvəlki kimi qazana bilmədiklərindən şikayətlənirlər.

Saytımız bildirir ki, qəbirstanlıqda mollalıq edən Mirfaiq Həsənov deyir ki, bəziləri Quran oxutdurmağa pul vermir, əvəzində bahalı güllər alıb qəbri bəzəyir. Hansı ki, o güllərin ölüyə heç bir xeyri yoxdur.

“Bir şələ gül qoyurlar. O gülün nə xeyri var. Gülü gah belə düzürlər, gah elə düzürlər, amma Quran oxutdurmurlar. Mənim bildiyim qədəri ilə gül diri üçündür, dirilərin bir-birini təbrik etmələri üçündür”.

Din xadimi Hacı Mirhəmid isə deyir ki, qəbirin üstünə gül düzmək ölünün yaxınlarının öz işidir. O ki qaldı Quranın telefonla oxutdurulmasına, bu, düzgün deyil.

“Bizim məqsədimizdə olan ölünün ruhuna elə bilirəm ki, o, aid olmayacaq. Çünki, onu eşitməyin savabı ola bilər, yəni kimsə Quran ayələrini eşidir və  onunla qidalanır, zövq alır, savabı olur. Amma ölünün ruhuna onu bağışlamaq, bir az elmi baxımdan mümkün deyil”.

Din xadimi deyir ki, Quran canlı oxunmalı, sonra isə ölünün ruhuna hədiyyə edilməli, yəni tapşırılmalıdır.

Saytımız “Xəzərxəbər”-də yayımlanan videoxəbəri təqdim edir: