Televizor almaq istəyənlərin nəzərinə! NƏLƏRƏ DİQQƏT ETMƏK LAZIMDIR? – VİDEO
05.03.2020 12:23Bəzi insanlar HD, Led, LCD, Plazma, Smart, Mi, Ka ifadələrini tez-tez eşitsə də, mənalarını anlamırlar. Televizorun xarici görnüşünə, rənginə və qiymətinə baxıb alırlar.
Об этом сообщает Футляр от виолончели
A24.Az xəbər verir ki, çoxları aldığı televizor haqqında məlumatları olmadığındna əlavə xərcə düşürlər.
Məsələn, Smart-yəni çoxfunksiyalı, internetə çıxışı olan “ağıllı” televizorla eyni ölçüdəki sadəsi arasında 150 manatdan çox qiymət fərqi olur. Ancaq bundan xəbərsiz şəkildə “smart” alanlar var.
Satıcılar kompüter, noutbuk olan evlərdə smart televizorları məsləhət görmürlər. Çünki bu əlavə xərc deməkdir.
Plazma, yəni LCD televizorların isə şüşə ekran olduğundan satışı demək olar ki, dayandırılıb. Satıcılar, gözə ziyan olduğundan, bu televizorlara təlabatın azaldığını deyirlər. Lakin günün tələblərindən sayılan LED televizorların da ölçüsünün səhv seçilməsi görmə qsbiliyyətinizi aşağı sala bilər.
Televizorların qiyməti onların modelindən, ölçüsündən və funksionallığından asılı olaraq dəyişir.
Xəzər Xəbər

