Terror və müharibə dünyaya 200 milyard dollar ziyan vurub- Dəhşətli statistika
05.03.2020 12:24Qlobal Sülh İndeksinin 2017-c il üçün statistikasına görə, müharibə və terrorun bütün dünyaya zərəri 200 milyard dollar olub.
Об этом сообщает Футляр от виолончели
Saytımız xəbər verir ki, Türkiyə terror və ətrafında baş verən müharibələr səbəbindən ağır cəza çəkir.
Türkiyə sondan 18-ci yerdədir
Terror və müharibələrin ən çox ziyan vurduğu ölkələrdən biri də Türkiyədir. Qlobal Sülh İndeksinin 2017-c il üçün statistikasına əsasən, Türkiyə 163 ölkə arasında 146-cı yerdədir.
İqtisadiyyat və Sülh İndeksinin məlumatlarına görə, şiddətin dünya iqtisadiyyatına ziyanı 14,3 trilyon dollardır. Gündəlik adambaşına ödənən məbləğ 5,4 dollar olduğu halda, ümüm daxili məhsulda payı isə yüzdə 12,6 olub. Şiddət onda bir azalacağı təqdirdə iqtisadiyyata töhfəsi 1,43 trilyon dollar olacaq.
Türklərə adambaşına dəyən ziyan 9 min türk lirəsidir
Türkiyənin müharibə və terrorda zərəri isə 197 milyard 388 milyon dollar olub. Adambaşına dəyən illik zərər 2 min 500 dollar olduğu halda, ÜDM içində Türkiyəyə dəyən iqtisadi zərər yüzdə 12,2 olub. Türkiyə keçən ilə nisbətən bu il bir sıra geriləyib. İndeksə görə, 93 ölkədə təhlükəsizlik daha yaxşı, 68 ölkədə isə daha pis hala gəlib.
Ən sülhsevər ölkə İslandiyadır
Sıralamada 142-ci olan Meksika üçün isə geriləmənin ABŞ-da Donald Trumpun president seçilməsi ilə bağlı olduğu deyildiyi halda, ABŞ-ın qonşu ölkələrlə pis münasibəti də bu geriləməyə səbəb kimi göstərirlir. Dünyanın ən sülhsevər ölkəsi, keçən il olduğu kimi bu il də İslandiyadır.
Nərmin Kərim

