Tibbdə YENİLİK! İtlər iyləyərək döş xərçəngini təşxis edəcək
05.03.2020 12:24Aparılan son araşdırmalarda Alman çoban itlərinin qoxulayaraq döş xərçəngini 100 faiz təşxis etməsi məlum olub.
Об этом сообщает Футляр от виолончели
A24.Az NTV-yə istinadən xəbər verir ki , saniyədə 5 dəfə nəfəs alan itlər burunlarındakı 300 milyon reseptor sayəsində ayırd edə bilir.
“Kdog” adlı layihəyə rəhbərlik edən Isabelle Fromantin Parisdə jurnalistlərə açıqlama verərək bildirib ki, bu sadə və inqilab xarakterli üsulun köməyilə xüsusilə mamoqrafiyanın çəkilməsi mümkün olmayan və ya çətin olduğu ölkələrdə diaqnozların qoyulması sürətlənəcək.
Erkən təşxis sayəsində xəstəliyin qarşısını almaq mümkün olacaqdır.
Tədqiqatın ilk mərhələsində 31 xərçəng xəstəsindən alınan sarğı bezlərini itlər oyun nəticəsində qoxulayıblar və xərçəng xəstələrinin 90 faizi bu şəkildə aşkar edilib.
Təcrübədə hər 3 xərçəng olmayan qadından sonra itlərə bir xərçəng xəstəsinin sarğı bezini iylədiblər.
6 ay sonra təkrar həyata keçirilən testdə isə Alman Çoban itlərinin 100 faiz döş xərçəngini müəyyən etdiyi məlum olub.
Curie İnstitutundakı tədqiqatlara iştirak edən Amaury Martin texnologiyanın inkişafı ilə diaqnostika üsullarının də inkişaf etdiyini, ancaq bəzən bu cür sadə üsulların də lazımlı olduğuna diqqət çəkib.

