Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Tikin məni… ” – Elza Seyidcahandan YENİ ŞEİR

05.03.2020 12:25

Əməkdar artist Elza Seyidcahan instaqram hesabında “Tikim” adlı şeirinin tam versiyasını yayımlayıb.

Об этом сообщает Роспрес

A24.Az ekstravaqant sənətçinin şeirini təqdim edir:

Tikin məni divarlara

Hörük olum.

Dəlik olum qaranlıqdan

Baxanlara

İşıq olum.

Uçanlara səmalarda

Qanad olum.

Selik olum ağızlardan

Axanlara

Tikim, tikim məbəd olum

Nizələrə taxın məni

Tökün məni kuzələrə

Badələrə süzün məni

Zirvələrdə, yüksəklərə

Çapın məni

Məşəllərə sancın məni

Tikim sizi gübbələrdə,

Sərin məni,

Sərin sular ürəklərə yayılsın.

Vurun məni Könüllərin zirvəsində

Taxın məni.

Dülgərlərin ən şərəfli

Sənətində döyün məni.

Görün məni

Yuxularınız çin olanda

Sevin məni.

Öyün məni dostlarınızla

Masalarda,

Tapın məni axtaranda,

Səpin məni gözlərinizə

Təpin məni.

Çəkin məni, nazımı çəkin

Qurtaran deyil

Tərəzidə yükümə baxın

Seçin məni

Dönən deyil.

Vurun məni mismarlara.

Tikim sizin ağzınızı

Qırxayaq kimi.

Dartım, sıxım sapınızı

Barama kimi.

Geyim cırım corabımı

Çatana kimi.

CIRIN-CIRIN

Siz də, geyin, cırın, qaçın

Xəyallara batana kimi.

Tikim sizin ağzınızı

Boğana kimi, yatana kimi.

Çıxan sözün mənasını

Bilim sizin ağzınızdan

Sizə ziyan,

Bizə tiyan,

Ona tikan

Mənə böhtan

Atanların halına baxın

Həkk, həkk, həkk edin.

Soyun məni, soyunum töküm

Kirimi, kirimi bəlli olum

Kinimi, kinimi

Bələyini büküm, beşiyə atım

Dərəyə şatım, qəbirə baxım

Qorxum qaçım, dağlara çapım.

Göydən yerə daş yağdı

Tikim sizi.

Torpaqdan göyə qar yağdı

Oynadım sızı.

Qaya üstündə qurd yatdı

Didim sizi

Çəmən üstə şeh azdı

Yolu azdı

Tarixlərə göl yazdı

Siz də tikin

Tikin məni

Yaman sözlər,

Yanan sözlər,

Məş sözlər,

Məst sözlər,

İlahilər oxuyum

Həkk, həkk, kəkk edin

Tərk, tərk, tərk edin