Tramp bu dəfə “Facbook”un üstünə düşdü: ” “Facebook” mənim yox, onun tərəfindəydi!”
05.03.2020 12:26ABŞ prezidenti Donald Tramp “Facebook” şirkətinin 2016-cı il prezident seçkiləri zamanı onu yox, rəqibi Hillari Klintonu dəstəklədiyini bildirib.
Об этом сообщает Руспрес
Saytımızın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp bu barədə “Tvitter” səhifəsində yazıb.
“Fırıldaqçılığa meylli Hillari Klinton seçkilərə məndən yüzlərlə milyon dollar çox xərcləyib. “Facebook” mənim yox, onun tərəfindəydi!”, – deyə D.Tramp qeyd edib.
Onun sözlərinə görə, CNN, ABC, NBC və CBS telekanallarında saxta xəbərlərin dərc edilməsində milyardlarla dollar xərclənib.

