Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“TRT1” rejissorumuzun serialını oğurladı

05.03.2020 12:28

Azərbaycan istehsalı olan “Xalxın evi” serialını türk rejissorları oğurlayaraq “Kalk gidelim” elədilər. 

Об этом сообщает Роспрес

A24.Az xəbər verir ki, “Xəzər” TV-də yayımlanan “Xalxın evi” serialı Türkiyənin “TRT1” kanalı tərəfindən icazəsiz çəkilərək yayımlanıb. Məsələ ilə bağlı “Xalxın evi” serialının ideya müəllifi Ramin Hacıyevlə əlaqə saxladıq. Bu məsələ haqqında A24.Az -a açıqlama verə Ramin Hacıyev bunun əslində sevindirici  hal olduğunu qeyd edib.

“Mənə dedilər ki, sizin serialın bənzəri Türkiyənin “TRT1” kanalında gedir. Həmin şəxs serialın sujetini danışanda gördüm ki, bizim serialla eyni sujetə sahibdir. Daha sonra mən də baxdım o seriala. Baxdıqdan sonra gördüm ki, serialın 80% bizimki ilə eynidir. Təbii, müəyyən dəyişikliklər olsa da çox obrazlarımız eynidir. Türklər serialda baş verən hadisələrin əksəriyyətini eyni ilə özünküləşdirib. Hətta serialda istifadə etdiyimiz “flash back”də eynidir. Bizim serialda “Tutu” obrazı var. Onlar isə bu obrazın adına bənzədərək “Duru” qoyublar. Serialı çəkmişik iyul ayında, Türklər isə indi başlayıblar çəkməyə və yayınlamağa. Düzünü desək, bizim üçün xoş bir təsadüfdür. Bizim ideyamızı bəyəniblər və götürüb çəkiblər. Sadəcə zəng edib desəydilər ki, xoşumuza gəldi götürüb  çəkirik, təbii ki, xoş olardı. Amma olmayıb, üstünə də getmək istəmirik. İstəsək, bunun üzərində piar da qurmaq olardı. Amma biz o piara önəm vermirik. Serialımız piarla yox, öz qüvvəsi ilə məşhurlaşıb. Müraciət etmək barəsində hələ ki, düşünmürük. Sevindirici haldır ki, türklər bizim serialı götürüb istifadə edirlər. Mənə bu çox ləzzət elədi”, – deyərək R. Hacıyev bu haqda məlumat verib.

Minirə Qubatova // A24.Az