Tüfəngli və raketatan daşıyan qadın döyüşçülər ortaya çıxdı
05.03.2020 12:28Yəmənin paytaxtı Sanada Səudiyyə Ərəbistanına qarşı keçirilən nümayişlərdə şiə Husilərə dəstək verən qadın döyüşçülər ortaya çıxıb.
Об этом сообщает Руспрес
A24.az xəbər verir ki, əli silahlı qadınlar etirazlara uşaqları ilə qatılıblar. Şiə məzhəbinin Zeydi qolundan olan Husi aşirəti adını 2004-cü ildə ilk üsyanı başladan Hüseyin Bedrettin El Husidən alıb. 25 milyonluq Yəmən əhalisinin 30%-ni təşkil edən Husilərin lideri 2004-cü ildə başçı Ali Abdullah Salihə qarşı baş qaldırıb. 2014-cü ildə bu aşirət sürətlə böyüməyə başlayıb və paytaxta kimi gəlib çatıblar.
2015-ci ildən Yəməndə qarşıdurmalar yaşanır. BMT ötən gün verdiyi açıqlamada Yəməndə ölənlərin sayının 10 minə çatdığını açıqlayıb.

