Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Türk aparıcının Azərbaycan haqqında fikirləri: “Coğrafiyada Azərbaycan adında bir ölkənin olduğunu bilmirdik” – VİDEO

05.03.2020 12:28

Türkiyənin “Akit” TV-sində aparıcının Azərbaycan haqqında söylədiyi fikirlər diqqət çəkib.

Об этом сообщает Футляр от виолончели

Saytımız bildirir ki, verilişdə Azərbaycandan gələn mesajı oxuyarkən aparıcının üzü gülümsəyib və qarşılıq olaraq salam göndərib.

Daha sonra Ahmet Keser oktyabrın 30-da Türkiyə və Azərbaycan liderlərinin Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını edərkən pencəksiz təkbətək görüşdəki görüntülərdən danışıb və coğrafiyada Azərbaycan kimi bir ölkə haqqında bilmədiklərini dilə gətirib:

“Baxın, bəylər, biz bu coğrafiyada Azərbaycan adında bir ölkənin olduğunu belə bilmirdik. Orda qardaşlarımızın olduğunu belə bilmirdik. Çünki bizə uzaq idilər. Onlar “biz” deyildilər. Bu haqda söhbət belə edilmirdi. Heç yaxın deyildik, onlar orda var idilər, amma bir-birimizi tanımırdıq. Yeganə tanıdığımız alman Halqa, ingilis Corc və fransız Pier olub. Biz bunları bilirdik. Çünki onların qucağında idik, bizi sümürürdülər!”

Saytımız sözügedən görüntüləri təqdim edir:

Firuzə Alimova / MTM