Türk gənc satanist ayində öldürüldü – Azərbaycanlı qadın axtarılır – VİDEO
05.03.2020 12:28Ukraynada vəhşicəsinə öldürülən Türkiyə vətəndaşı Dorukan Ünal cinayətinin pərdəarxası məqamları araşdırılmağa başlanıb.
Об этом сообщает Роспрес
Saytımızın Türkiyə mediasından əldə etdiyi məlumata görə, 26 yaşlı Dorukanın hadisə yerində öldürüldükdən sonra meşəlik əraziyə aparılaraq yandırıldığı ortaya çıxıb. Cinayətin satanist ayin üçün törədildiyi irəli sürülüb.
Evli olan türk gənc 8 noyabr tarixində tətil üçün bir həftəlik Ukraynaya gedib. 16 noyabrda qayıtmalı olan Dorukan bir anda yoxa çıxıb. Ailəsi 3 gün ərzində oğlanlarından xəbər ala bilməyib. Cəsədi bir neçə gündən sonra meşəlik ərazidə yandırılmış vəziyyətdə tapılıb. Hadisə yerində satanistlərin istifadə etdiyi pentaqram simvolu, şamlar və satanist ayinlər zamanı istifadə olunan materiallar tapılıb.
Türk gəncin cəsədi tanınmaz halda olub. Faciənin arxasından satanist ayin deyil, qorxunc cinayətin törədildiyi çıxıb. Əslində binanın 8-ci mərtəbəsində döyülərək öldürülüb, daha sonra yandırılıb.
Ailəsinin iddiasına görə, Dorukanın üstündə müəyyən miqdarda pul olduğu üçün öldürülüb. Cinayətin başında isə gənci qarşılayıb Ukraynada ona ev tutan 3 türk olub. Hazırda cinayətlə bağlı azərbaycanlı qadın və hadisədə adı hallanan bir kişi axtarılır.
Saytımız Türkiyə mediasında yayımlanan videomaterialı təqdim edir:
Firuzə Alimova / MTM

