Türk şirkəti “Pegasus”un Ermənistana uçuş planı təxirə salındı?
05.03.2020 12:291 iyun 2017-ci il tarixindən etibarən Türkiyədə “Sabancı” ailəsinə aid olan “Pegasus” hava yolu şirkəti Ermənistanın paytaxtı İrəvana ilk səyahətini gerçəkləşdirəcəkdi. Lakin aprelin 27-də bu plan təxirə salınıb.
Об этом сообщает Роспрес
Saytımız bildirir ki, Ermənistan Mülki Aviasiya Baş İdarəsinin rəisi Serqey Avetisyan “sözügedən hava yolları şirkətindən aldığımız məlumata görə, bəzi texniki problemlərin yarandığı ortaya çıxıb. Hava yolu şirkətləri verdiyi qərarla bazara daxil olur”, deyə bildirib.
Qeyd edək ki, İstanbuldan İrəvanın Zvartnost hava limanına birbaşa uçuşlar təşkil etməyi hədəfləyən “Pegasus” hava yolları şirkəti həftədə 3 dəfə səfərlər təşkil edəcəkdi. Erməni mediası isə mövzu ilə bağlı “Bazar ertəsi, çərşənbə və cümə günləri olmaqla həftədə 3 dəfə İrəvana səfər təşkil ediləcək”, deyə qeyd etmişdi.
Xatırladaq ki, Ermənistan vətəndaşları hələ də Gürcüstandan keçməklə Türkiyəyə səyahət edir.

