Türkiyə Booking.com-u bağladı
05.03.2020 12:29İstanbul məhkəməsi Türkiyə Turizm Agentlikləri Birliyinin (TÜRSAB) haqsız rəqabət haqqında iddiası ilə bağlı booking.com saytının fəaliyyətini Türkiyədə dayandırılması barədə qərar çıxarıb.
Об этом сообщает Руспрес
A24.Az Trend-ə istinadən xəbər verir ki, TURSAB hesab edir ki, booking.com rəqabət haqqında qanunu pozur və servisin fəaliyyətindən yerli turizm agentlikləri əziyyət çəkir. Eyni zamanda Assosiasiyanın vəkilləri bildiriblər ki, qadağa qüvvəyə minədən sonra qadağadan öncə servis vasitəsilə Türkiyə mehmanxanalarında bron etmiş müştərilərin qeydiyyatı ləğv edilməyəcək və müştərilər otellərə məskunlaşa biləcəklər.
Qeyd edək ki, hazırda booking.com saytına Türkiyədən giriş açıqdır. Faktiki bloklanma haqqında qərar İnformasiya Texnologiyaları üzrə Şura tərəfindən qəbul olunmalıdır.

