Türkiyə əleyhinə çıxışlar edən Can Dündara Nobel mükafatı veriləcək?
05.03.2020 12:29Almaniyada miqrant həyatı yaşayan Dündar Nobel Sülh Mükafatına namizəd göstərilib.
Об этом сообщает Руспрес
Saytımızın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Almaniyada yaşayan və alman pasportu alan Can Dündar üçün heç təəccüb doğurmayan bir təklif irəli sürülüb.
Hər fürsətdə Türkiyə əleyhinə xəbərlər verən və vətənə xainliyini davam etdirən Can Dündar sentyabrın 28-də Oslo Sülh İnstitutu tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərildiyini açıqlayıb.
Xatırladaq ki, bir neçə il bundan əvvəl Orxan Pamuk da “Türkiyə Ermenileri katletti” sözlərindən sonra Nobel Ədəbiyyat Mükafatını almışdı.
Firuzə Alimova / A24.az

